“Yuventus”un qolkiperi hələ üç il oynamaq istəyir
Çempionlar Liqasının finalında Barselona”ya 3:1 hesablı məğlubiyyətdən sonra “Yuventus”un qapıcısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil.
Sportal.az xəbər verir ki, 37 yaşlı qolkiper qarşıdakı üç ildə də “çərçivə”ni qorumaq istədiyini açıqlayıb.
“Qoca Sinyora”nın təcrübəli kiperi bu səviyyədə neçə il dayana biləcəyini gizlətməyib:
“Hələ üç il bu səviyyədə oynaya bilərəm. Ondan sonra karyeramı başa vuracağam. Ümid edirəm ki, uğurlu çıxışlarmla komandaya kömək edib sonra futbolla vidalaşacağam”.
saytlarin hazirlanmasi