Luka Toni daha bir il “Verona”da
“Verona” klubunun hücumçusu Luka Toni komandadan ayrılmayacaq.
Sportal.az xəbər verir ki, ötən mövsüm 22 qolla A seriyasının bombardiri olan 38 yaşlı futbolçu “Verona”yla 1 illik müqavilə bağlayıb.
İtaliya millisinin sabiq üzvü kluba sadiq qalmasını belə izah edib:
“Verona”da ən yaxşı günlərimi keçirirəm. Klubun şərtləri məni qane edir. Ötən mövsüm uğurlu alındı və 22 qolla çempionatın bombardiri oldum. Belə olan halda “Verona”nı tərk etməyim düzgün olmazdı. Ona görə də qərara aldım ki, karyeramı burada davam etdirim”.
saytlarin hazirlanmasi