1 illik müqavilə

 

"Napoli" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Maurisio Sarri çalışdıracaq. Sarri ilə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Rafael Benitesi əvəzləyib.

 

Qeyd edək ki, 58 yaşlı mütəxəssisin son iş yeri İtaliyanın "Empoli" klubu olub.