2017-də tam hazır olacaq
"Roma" bu gün yeni stadionun proyektini ictimaiyyətə təqdim edib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 52 min azarkeş tutumuna sahib olacaq stadionun tikintisinə 400 milyon avro ayrılıb. Stadionun 2017-ci ilin sonuna qədər tam hazır olacağı bildirilir. Adı hələlik bəlli olmayan stadionda avtomobillər üçün 10 min park yeri də nəzərdə tutulub.
Qeyd edək ki, stadionda otellərin, biznes mərkəzlərinin və bir neçə restoranların da tikintisi planlaşdırılır.
Stadionun proyektinin fotolarını sizə təqdim edirik:
saytlarin hazirlanmasi