"Pirlonun "Yuventus"dan ayrılmasına heç bir əsas yoxdur"

01:25 - 17 İyun 2015

İdman direktoru futbolçunu komandada saxlamağa çalışır
 
Andre Pirlonun “Yuventus”la yollarını ayırmaq istəməsi klub rəhbərliyini narahat edib.
 
Sportal.az xəbər verir ki, 2016-cı ilin yayında turinlilərlə müqaviləsi başa çatacaq italiyalı yarımmüdafiəçi okeanın o tayına üz tutur.
 
ABŞ-ın “Nyu-York Siti” klubundan təklif alan 36 yaşlı futbolçu “Qoca Sinyora”dan ayrılacağı ilə bağlı son qərarını hələ də verməyib.
 
“Yuventus”un idman direktoru Cuzeppe Moratta isə futbolçunun komandada qalmasını istəyir:
 
“Pirlonun məsələsini müzakirə etməyə dəyməz. Çünki, onun kimi futbolçuya ehtiyacımız var. Pirlonun “Yuventus”dan ayrılmasına heç bir əsas yoxdur. Onun klubla 2016-cı ilə qədər müqaviləsi var. O. müqavilə başa çatmamış komandadan ayrıla bilməz”.        

Xəbər xətti