Pavel Nedved: “Buna görə argentinalını qınamaq olmaz”
“Yuventus”un idman direktoru Pavel Nedved hücumçu Karlos Tevesin klubdan ayrılmasına normal baxıb.
Sportal.az xəbər verir ki, çexiyalı mütəxəssis argentinalı futbolçuya bu vaxta qədər turinlilər üçün tökdüyü tərə görə minnətdar olub.
Pavel Nedved 31 yaşlı futbolçunun “Boka Xuniors”a keçidinə belə münasibət bildirib:
“Tevesin qərarına hörmətlə yanaşmaq lazımdır. O, seçimini ürəyinin istəyiylə edib. Futbolçunun “Boka Xuniors”a sevgisi böyükdür. Buna görə argentinalını qınamaq olmaz. Bu vaxta qədər Teves “Yuventus” üçün çox işlər görüb. Hər halda biz futbolçuya təşəkkür etməliyik”.
saytlarin hazirlanmasi