Çezare Prandelli: “Hər şey bir anın içində alt-üst oldu”
İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli DÇ-2014-dəki uğursuzluğu yaddan çıxara bilmir.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssisi daha çox İtaliya millisinin mundialda qrupun son oyununda Uruqvay yığmasına məğlub olması təsir edib.
AÇ-2012-də İtaliya yığma komandasıyla finala qədər irəliləyən təcrübəli çalışdırıcı iki il sonra mundialda bir oyuna görə hər şeyin alt-üst olduğunu deyib:
“Dörd il yığmada əla mövsüm keçirdim. Lakin hər şey bir anın içində alt-üst oldu. Uruqvaya məğlub olduğumuz oyun heç vaxt yaddan çıxmayacaq. Çünki komanda qrupda qalaraq mundialla erkən vuidalaşdı. 1990-cı ildən baş məşqçi işləyirəm. 25 il fasiləsiz müxtəlf klublarda çalışmışam. Ancaq indi görürəm ki, istirahət etmək də lazımdır. Vaxt gələcək yenidən baş məşqçi postunda öz sözümü deyəcəyəm”.
saytlarin hazirlanmasi