Antonino Pulvirenti bu yolla “Katanya”nı yaşatmaq istəyib
“Katanya” klubunun sabiq prezidenti Antonino Pulvirenti oyun alqı-satqısında ittiham olunur.
Sportal.az xəbər verir ki, istintaq nəticəsində klub rəhbəri vaxtıyla oyun alqı-satqısında iştirak etmək istədiyini etiraf edib. Antonino Pulvirentinin sözlərinə görə, klub rəhbəri bu yolla “Katanya”nı yaşatmaq istəyib:
“Bəzi şəxslər oyunların nəticələrinə təsir edə bilir. Mən də oyun alqı-satqılarının hesabına komandamı yaşatmaq istəyirdim. Lakin vəziyyət elə alındı ki, danışıqlarımız istənilən kimi alınmadı. Belə olan halda “Katanya” A seriyasını tərk etməli oldu”.
saytlarin hazirlanmasi