Salli Muntari ilə yollar ayrıldı
İtaliyanın “Milan” klubu qanalı yarımmüdafiəçisi Salli Muntari ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə milanlıların rəsmi saytından məlumat verilib.
Futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. İngiltərə KİV-lərinin yaydığı məlumatlara görə Muntari ilə “Everton” klubunun yaxından maraqlanıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2012-ci ildən İtaliya nəhəngində çıxış edirdi.
saytlarin hazirlanmasi