35 yaşlı futbolçu ilə müqavilə uzadılmadı
"Latsio" yarımmüdafiəçisi Stefano Mauri ilə olan müqaviləsini uzatmayıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu "Latsio" ilə bitən müqaviləsinə əsasən azad agent statusu alıb. Əlavə edək ki, Roma klubunun belə qərar almasında əsas səbəb Maurinin danışılmış oyunlarla bağlı məsələlərdə adının hallanması olub.
Qeyd edək ki, Mauri geridə qalan mövsüm Roma təmsilçisinin heyətində çıxdığı 29 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi