"Napoli"nin prezidenti İquainin getməsini istəyir

01:12 - 12 İyul 2015

“90 milyona komandaya 8 yeni oyunçu almaq olar”
 
“Napoli” klubunun prezidenti Antonio De Laurentis hücumçu Qonsalo İquainlə bağlı maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, klub rəhbəri argentinalı futbolçunu satmaq istədiyini gizlətməyib.
 
De Laurentis futbolçunun transferindən əldə olunacaq qazancla  “Napoli”ni gücləndirmək fikrində olduğunu deyib:
 
“Çox istərdim ki, hansısa bir klub İquaini alsın. Argentinalı futbolçuunun transferindən gələn pullalra düşərgəyə yeni oyunçular cəlb edərik. 90 milyon avroya “Napoli”yə 8 yeni oyunçu almaq olar. İmmobileni transfer etmək fikrində deylik. Onun kimi futbolçular komandada yetərincədir. Bundan başqa elə futbolçuları özümüz də yetişdirə bilərik”.     

Xəbər xətti