Zədə səbəbindən
İtaliyanın "Roma" klubunun futbolçusu Federik Balzaretti karyerasını başa vurmaq qərarına gəlib.
Sportal.az xəbər verir ki, o, zədə səbəbindən bu qərara gəldiyini bildirib.
Klub bazasında təşkil edilən mətbuat konfransında çıxış edən 34 yaşlı futbolçu bunları bildirib: "Bu qərarı vermək çox çətindir. Ancaq zədəmə görə ürəyim istəyən oyunu göstərə bilmirəm. Bu səbəbdən futbolçu karyeramı başa vururam".
saytlarin hazirlanmasi