İngiltərəli müdafiəçinin adı sifariş ərizəsinə salınmadı
“Nyukasl”ın təklifini qəbul etməyən Eşli Koul “Roma” klubuna da lazım olmayıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Rudi Qarsiya cari mövsüm təcrübəli müdafiəçinin xidmətindən istifadə etmək fikrində deyil.
Əgər belə olmasaydı, fransalı mütəxəssis 34 yaşlı futbolçunun adını sifariş ərizəsinə daxil edərdi. Görünən odur ki, sifariş ərizəsində Eşli Koulun qarşısına “0”qoyulduğu üçün paytaxt klubunun çalışdırıcısı ingiltərəli oyunçunu siyahıdan silib.
saytlarin hazirlanmasi