“Milan” yoxlama oyununda qalib gəldi
  
AÇ-2016-nın seçmə mərhələ oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranıb.
 
Sportal.az xəbər verir ki, bu qısa zaman çərçivəsində “Milan” komandası “Montovo” ilə yoxlama oyunu keçirib.
 
Bu görüşdə “rossonerilər” rəqibini çətinliklə üstələyib – 3:2.
 
Baş məşqçi Sinişa Mixayloviç də komandasının oyunundan razı qalmayıb. Təcrübəli mütəxəssis “Milan”ın düşərgəsinə yenidən qoşulan Mario Balotellinin də oyununa qiymət verib:
 
“Biz C seriyasının komandasına qarşı oynadıq. Açığı, 3:2 hesabı ilə qalib gəlsək də, oyundan razı qalmadım. “Milan” özünə bənzəmədi. Yəni komanda zəif təsir bağışladı. Balotelli hələ formada deyil. Ona görə də onun özünə gələməsi üçün vaxt lazımdır”.