"İnter" yapon futbolçuyla müqaviləni yeniləməyə tələsmir

02:25 - 8 Sentyabr 2015

Milan təmsilçisi Naqatomaya qışa qədər vaxt verdi
 
İtaliyanın “İnter” klubu Yuto Naqatomayla yeni müqavilə bağlamağa tələsmir.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Roberto Mançini 28 yaşlı yaponiyalı müdafiəçini qış fasiləsinə qədər yenidən  sınaqdan keçirəcək.
 
Əgər futbolçu komandaya xeyir verərsə, onda milanlılar Naqatomonun müqaviləsinə yenidən baxacaq.
 
Qeyd edək ki, yayda futbolçunu “Lester”, “Benfika”, “Sampdoriya”, “Cenoa” və “Qalatasaray”  klubları heyətinə qatmaq istəyirdi.        

Xəbər xətti