"Milan" sabiq futbolçusunu geri qaytarır

19:45 - 30 Sentyabr 2015

Sabahdan məşqlərə başlayacaq

 

Hal-hazırda azad agent statusu daşıyan qanalı futbolçu Kevin Prins-Boatenq sabah "Milan"la məşqlərə başlayacaq.

 

Sportal.az xəbər verir ki, Boatenqin "Şalke"dən ayrıldıqdan sonra bir neçə klubla adı hallansa da razılığa gələ bilməmişdi. Boatenqin məşqlərdəki fiziki durumu məşqçilər korpusu tərəfindən bəyənilərsə, komandanın heyətinə cəlb ediləcək.

 

Qeyd edək ki, Kevin Prins-Boatenq 2010-2013-cü illərdə "Milan"da çıxış edib.

Xəbər xətti