İtaliyanın daha bir futbolçusu millimizlə oyunu buraxa bilər

02:20 - 7 Oktyabr 2015

İnsinyenin son durumuna sabah aydınlıq gələcək
 
İtaliya yığmasının hücumçusu Lorenso İnsinye AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyunu buraxa bilər.

Sportal.az xəbər verir ki, "Napoli"nin forvardının Bakıdakı görüşdə meydana çıxması hazırda sual altındadır. Belə ki, İnsinye A Seriyasının son turunda ayağından zədə alıb. Hazırda həkimlər onu tez bir zamanda sıraya qaytarmağa çalışırlar.
 
Qeyd edək ki, Azərbaycan - İtaliya görüşü oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər xətti