"Ümid edirəm ki, Azərbaycana uduzmayacağıq"
İtaliya yığmasının qapıçısı Canluici Buffon AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
"Sabahkı oyun bizim üçün çox vacibdir. Rəqib hətta bizdən zəif olsa da, bizi çətin oyun gözləyir. Bu görüşdən sonra biz Avropa çempionatının final mərhələsinə çıxa bilərik. 13 il əvvəl Bakıda bu komanda ilə oynamışdıq. Şadam ki, yenidən burada oynayacağam. Sabahkı oyunun necə keçəcəyini, qalib gəlib-gəlməyəcəyimizi demək çətindir. Ümid edirəm ki, Azərbaycana uduzmayacağıq və AÇ-yə vəsiqə qazanacağıq".
saytlarin hazirlanmasi