"Yuventus" sabiq futbolçusunu vitse-prezident təyin etdi

02:18 - 24 Oktyabr 2015

Nedvedə yeni təyinat
 
"Yuventus" rəhbərliyi məşhur sabiq futbolçusu Pavel Nedvedə yeni vəzifə verib. 
 
Sportal.az xəbər verir ki, buna qədər klubda idman direktoru vəzifəsində çalışmış 43 yaşlı çex bundan sonra "Yuventus”un vitse-prezidenti postunda çalışacaq.  Klub prezidenti Andrea Anyelli təyinatla bağlı çıxış edərkən Nedvedin son 5 ildə idarəçilik baxımından çox artırdığını, bu vəzifə üçün layiqli biri olduğunu vurğulayıb. 
 
Qeyd edək ki, Nedved 2001-2009-cu illərdə futbolçu kimi "Yuventus”un şərəfini qoruyub.

Xəbər xətti