İtaliyadan Fransaya dəstək
İtaliya A Seriyasının 13-cü turunda keçiriləcək görüşlərdə matçdan əvvəl Fransanın dövlət himni səslənəcək.
Sportal.az xəbər verir ki, İtaliya A Seriyasında həftə sonu keçiriləcək bütün matçlardan öncə Fransanın dövlət himni səslənərək Parisdə baş vermiş terror aktı zamanı həyatını itirən insanların xatirələri anılacaq. Bundan əlavə, İngiltərə Premyer Liqasında da həyatını itirən insanların xatirələri anılacaq.