“Gələcəyi parlaqdı”
“Milan”ın 16 yaşlı qapıçısı Canluici Donnarumma etibarlı oyunu ilə günəmdən düşmək bilmir.
Sportal.az xəbər verir ki, gənc qolkiperin agenti Mino Raiola 16 yaşlı oyunçunun transfer qiymətini açıqlayıb. Məşhur agent italiyalı futbolçunu transfer etmək istəyən klubların minimum 170 milyon avro xərcləməli olduqlarını bildirib:
“Donnarumma gələcəyi parlaq olan qolkiperdi. Onun qiyməti 170 milyon avrodu. O, gələcəyin ən yaxşılarından olacaq”.
Qeyd edək ki, Canluici Donnarummanın “Milan”la 2018-ci ilə qədər müqaviləsi var.
saytlarin hazirlanmasi