Oyunu davam etdirə bilmədi
"İnter"in braziliyalı yarımmüdafiəçisi Felipe Melo ciddi xəsarət alıb.
Sportal.az xəbər verir ki, İtaliya A Seriyasının 15-ci turunda "Torino"nu qəbul edən "İnter" klubu ciddi itki ilə üzləşib. Belə ki, komandanın 32 yaşlı futbolçusu Felipe Melo 12-ci dəqiqədə komanda yoldaşı Qari Medellə hava mübarizəsində toqquşub və başından xəsarət alıb. İlk tibbi yardımlardan sonra oyunu davam etdirən Melo ikinci hissədə oyunu davam etdirə bilməyib və meydanı tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, "Torino"nu 1:0 hesabı ilə məğlub edən "İnter" turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
saytlarin hazirlanmasi