"Milan"ın futbolçusu Çinə üz tutur

21:28 - 13 Yanvar 2016

14 milyon avro qarşılığında
 
"Milan" klubu yay transfer pəncərəsində "Şaxtyor"dan heyətinə qatdığı Luis Adrianonu satmağa hazırlaşır.
 
Sportal.az "Football İtalia"ya istinadən xəbər verir ki, "Milan" hücumçusu Luis Adrianonu Çinin "Jianqsu Sininq" klubuna satmağa hazırlaşır. Seriya A təmsilçisi 8 milyon avroya transfer etdiyi futbolçunu 14 milyon avroya satacaq. Artıq tərəflər transferdə razılığa gəliblər.
 
Bundan əlavə, "Jianqsu Sininq" "Roma"dan Jervinyonu da heyətinə qatmaq üçün danışıqlar aparır.

Xəbər xətti