"Qeyri-adi insandır"
Braziliyanın "Villa Nova" klubunda çıxış edən "İnter"in sabiq hücumçusu Kerlon Souza yerli mətbuata maraqlı açıqlama verib.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu hazırda "Milan"da çıxış edən, vaxtı ilə "İnter"də komanda yoldaşı olan Mario Balotelli haqda danışıb. Braziliyalı futbolçu Balotellinin təbii ehtiyacını komanda yoldaşlarının butslarına ödədiyini bildirib:
"Mario Balotelli yaxşı və qeyri-adi insandır. Bəzən çox qəribə hərəkətlər edirdi. O, çox vaxt məşqə hamıdan tez gəlirdi və futbolçuların butslarına təbii ehtiyacını ödəyirdi. Bu, çox gülməli idi. Bir dəfə buna görə, Materatsi Balotelli ilə dalaşmışdı. Balotelliyə görə, məşqə tez gəlirdik ki, bu mənzərə ilə qarşılaşmayaq. O, hər zaman zarafatları ilə yadda qalırdı".
Qeyd edək ki, Kerlon Souza 2008-2012-ci illərdə "İnter"də çıxış edib.
saytlarin hazirlanmasi