Kuzmanoviç "Udineze"də

 

İtaliyanın "Udineze" klubu heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seria təmsilçisi İsveçrənin "Bazel" klubunun futbolçusu Zdravko Kuzmanoviçi heyətinə qatıb. Serbiyalı yarımmüdafiəçi icarə əsasında iyunun 30-dək "Udineze"nin şərəfini qoruyacaq.