Borriellonun yeni komandası məlum oldu
 
İtaliya A Seriyasında mübarizə aparan "Atalanta" klubu hücum xəttini gücləndirib.
 
Sportal.az xəbər verir ki, "Atalanta" "Karpi"nin forvardı Marko Borriellonu heyətinə cəlb edib. 33 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.