AÇ-2016-dan sonra...
İtaliya millisinin baş məşqçisi Antonio Kontenin AÇ-2016-nın final mərhələsindən sonra yığmadan ayrılacağı təsdiqlənib.
Sportal.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti Karlo Tavekkio məlumat verib. O, Kontenin Fransada keçiriləcək Avropa çempionatından sonra vəzifəsindən gedəcəyini bildirib. Kontenin yeni mövsümdən "Çelsi"ni çalışdıracağı iddia olunur.
Qeyd edək ki, Konte 2014-cü ilin avqust ayından İtaliya millisini çalışdırır.
saytlarin hazirlanmasi