El-Şaraavi komandada qalacaq
“Roma” hazırda klubda icarə qaydasında çıxış edən üç futbolçu ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, “Milan”dan icarəyə götürülən Stefan El-Şaraavi 8 oyunda 5 qol vurub ümidləri doğrultduğundan klub onu növbəti mövsüm birdəfəlik almaq qərarına gəlib.
PSJ-dən icarəyə götürülən müdafiəçi Lukas Digne və “Fənərbaxça”dan icarəyə götürülən Salih Uçan isə klubun istədiyi oyunu sərgiliyə bilmədiyi üçün mövsümün sonu göndəriləcək.
saytlarin hazirlanmasi