"Milan"ın əfsanəsi 84 yaşında vəfat etdi
İtaliya futbolunun və "Milan”ın əfsanələrindən olan Çezare Maldini vəfat edib.
Sportal.az xəbər verir ki, öz ölkəsinin milli komandasının sabiq baş məşqçisi 84 yaşında dünyasını dəyişib.
Maldini futbolçu kimi "Milan”ın heyətində 1954-1966-cı illərdə 4 dəfə ölkə çempionluğunu qazanmaqla yanaşı, Avropa Kuboklar Çempionluğunu qazanıb. O, bu komandada 412 oyun keçirərək 3 qola imza atıb, İtaliya yığmasında isə 14 matçda forma geyinib.
Maldini 1967-ci ildə karyerasını bitirdikdən sonra "Milan”, "Parma”, "Foca”, "Ternana” klublarını çalışdırıb. O, İtaliyanın əsas və gənclər yığmasının, habelə Paraqvayın əsas millisinin baş məşqçisi olub. Maldini gənclərlə 3 dəfə (1992, 1994 və 1996) Avropa çempionu olub. "Milan” isə onun rəhbərliyi altında 1972/73 mövsümündə İtaliya kubokunu və Kuboklar Kubokunu qazanıb.
Xatırladaq ki, Çezare Maldininin oğlu Paolo Maldini də "Milan”da və İtaliya futbolunda böyük iz buraxıb.
saytlarin hazirlanmasi