"Yuventus" çempionluğa 1 addım da yaxınlaşdı VİDEO

01:17 - 25 Aprel 2016

Qarşılaşmada 3 qol
 
“Yuventus” İtaliya A Seriyasında 2015/2016 mövsümünün qalibi olmağa çox yaxındır.
 
Sportal.az xəbər verir ki, Massimiliano Alleqrinin komandası A Seriyasının 35-ci turunda səfərdə “Fiorentina”ya 2:1 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi "Napoli"ni 12 xal qabaqlayıb. "Napoli"nin "Roma" ilə matçda xal itirəcəyi təqdirdə Turin təmsilçisi çempionluğunu rəsmiləşdirəcək.
 
"Fiorentina" – "Yuventus" 1:2
Qollar: Kaliniç, 81 - Mancukiç, 39, Morata, 83
 

Xəbər xətti