Klub prezidentindən rəsmi açıqlama
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yeni müqavilə imzalayacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Cüzeppe Marotta məlumat verib:
"Alleqri ilə yaxşı işlər görürük. Onunla çalışmaqdan məmnunuq. Alleqri ilə müqaviləni bu, ya da gələn həftə yeniləyəcəyik".
Qeyd edək ki, "Yuventus" bu mövsüm İtaliya A seriyasının bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
saytlarin hazirlanmasi