Konteyə bəraət verildi

20:23 - 16 May 2016

Dəlil olmadığı üçün

 

İtaliya millisinin baş məşqçisi Antonio Konte bəraət alıb.

 

Sportal.az xəbər verir ki, məhkəmə danışılmış oyunlarda ittiham olunan Kontenin günahsız olduğu barədə qərar verib.

 

46 yaşlı mütəxəssis 2011-ci ildə "Siena"nı çalışdırarkən "AlbinoLeffe" ilə görüşün nəticəsinin öncədən müəyyənləşdirilməsinə göz yummaqda ittiham olunurdu.  Onu 6 ay həbs və 8 min avro pul cəzası gözləyirdi. Lakin məhkəmə dəlil olmadığı üçün onun haqda bəraət hökmü çıxarıb. 

Xəbər xətti