"Udineze" Yankinə tapşırıldı

 

İtaliyanın "Udineze" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi postuna Cüzeppe Yankin gətirilib. İtalyan mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Udineze" A Seriyasını 39 xalla 17-ci pillədə bitirib.