İtaliya millisi Venturaya tapşırılıb
İtaliya milli komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Antonio Kontenin gedişindən sonra boş qalan baş məşqçi postu Campyero Venturaya tapşırılıb. Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tevaççio açıqlama verib. Uzun müddət "Torino”nu çalışdıran mütəxəssis İtaliya Futbol Federasiyası ilə 2 illik müqavilə imzalayıb. Təcrübəli çalışdırıcı milli komandada illik 1,3 milyon avro qazanacaq.
Qeyd edək ki, millinin hazırkı çalışdırıcısı Antonio Konte Fransada təşkil olunacaq Avropa çempionatından sonra millidən ayrılacaq.