"Torino"nu çalışdıracaq
İtaliyanın "Torino" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Kampyero Venturanın İtaliya milli komandasına baş məşqçi təyin olunduqdan sonra boş qalmış posta Sinişa Mixayloviç gətirilib. Təcrübəli çalışdırıcı ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, 47 yaşlı mütəxəssisin son iş yeri "Milan" olub.
saytlarin hazirlanmasi