Antonio Kandreva zədələnib

 

Avropa çempionatının 1/8 final mərhələsində İspaniya millisi ilə qarşılaşacaq İtaliyanın heyətində ciddi itki baş verib.
 
Sportal.az xəbər verir ki, yığmanın aparıcı üzvlərindən olan Antonio Kandreva zədələnib. O, 1/8 finalda İspaniya ilə keçiriləcək vacib qarşılaşmanı buraxacaq. Bu barədə İtaliya Futbol Federasiyası xəbər yayıb.
 
Qeyd edək ki, iyunun 27-də "Stad de Frans”da keçirilən oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.