"Milan" çinlilərə satıldı

21:15 - 5 İyul 2016

750 milyon avroya

 

İtaliyanın "Milan" klubunun səhmlərinin böyük hissəsi çinlilərə satılıb.
 
Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Silvio Berluskoni verdiyi açıqlamada bildirib.
 
Onun sözlərinə görə,  bu addımdan sonra klubun əvvəlki əzəmətini geri qaytarmaq mümkün olacaq. Tərəflər arasındakı razılığa əsasən, asiyalılar növbəti iki ildə İtaliya klubuna transfer üçün 400 milyon avroluq büdcə ayıracaq.
 
Qeyd edək ki, klubun səhmlərinin 80 %-ni almaq çinlilərə 750 milyon avroya başa gəlib. Lakin "Milan"ın səhmlərini alan şirkətin adı açıqlanmayıb.

Xəbər xətti