"Napoli"nin prezindeti İquaini satqın adlandırdı

15:23 - 27 İyul 2016

"O, bizə qarşı nankorluq etdi"
 
Xəbər verdiyimiz kimi, "Yuventus" "Napoli"nin hücumçusu Qonsalo İquaini 90 milyon avro qarşılığında transfer edib.
 
Sportal.az xəbər verir ki, "Napoli" klubunun prezidenti Aurelio De Lorentis İquaninin transferi ilə bağlı danışıb:
 
"Bu transferi gözləmirdim. İquainin "Napoli"də etdiklərini silmək istəmirəm, amma o, bizə qarşı nankorluq etdi. Bəli, nankorluq. İquain satqındır!"
 
Qeyd edək ki, Napoli İquainin boşluğunu "Ayaks"dan polşalı hücumçu Arkadiuşz Miliklə dolduracaq.

Xəbər xətti