İtaliyanın "İnter" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisini bundan sonra Frank de Bur çalışdıracaq. Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, ötən mövsüm "Ayaks"ın sükanı arxasında olan mütəxəssis bu postda Roberto Mançinini əvəz edib.