Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" baş məşqçisiz qalıb.
Sportal.az xəbər verir ki, komandanın portuqaliyalı çalışdırıcısı Paulo Souza vəsifəsindən ayrılıb. Təcrübəli mütəxəssis klub rəhbərliyinin transfer siyasətinə görə bu addımı atıb.
Qeyd edək ki, 46 yaşlı Souza ötən mövsümdən etibarən Florensiya klubunu çalışdırırdı.