Superkubok matçı Qətərdə keçiriləcək

15:53 - 9 Sentyabr 2016

İtaliya Superkuboku uğrunda keçiriləcək qarşılaşma yenə ölkə daxilində baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası qərar qəbul edib. Alınan qərara görə, sözügedən oyun Qətərin Doha şəhərində keçiriləcək. Xatırladaq ki, 2014-cü ildə də eyni qərar qəbul edilmişdi.
 
Qeyd edək ki, dekabrın 23-də Superkubok uğrunda keçiriləcək matçda son çempion "Yuventus"la, son ölkə kubokunun finalçısı "Milan" üz-üzə gələcək.

 

Xəbər xətti