"Kəpəz"in futbolçusu Şəhriyar Əliyevin durumu ciddidi.
Sportal.az-ın məlumatına görə, müdafiəçinin diz bağlarında problem aşkarlanıb. Bu barədə saytımıza gəncəlilərin baş məşqçisi Şahin Diniyev məlumat verib. Təcrübəli mütəxəssisin sözlərinə görə, 24 yaşlı oyunçu üçün 2016-cı il başa çatıb.
O, məşqlərə yanvar ayından etibarən başlayacaq.
Bundan başqa Şahin bəy Dario Federikonun da durumuna aydınlıq gətirib. Diniyev braziliyalının artıq məşqlərə başladığını, özünü yaxşı hiss etsə, "İnter"ə qarşı oynaya biləcəyini söyləyib.
saytlarin hazirlanmasi