17 yaşlı qapıçı üçün 50 milyon avroluq müqavilə

18:04 - 29 Dekabr 2016

"Milan"ın qapıçısı Canluici Donarumma komandası ilə yeni müqavilə imzalayacaq.

 

Sportal.az xəbər verir ki, yeni sözləşmənin dəyəri 50 milyon avrodu. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Yayılan məlumata görə, o, bonuslarla birlikdə ilinə 10 milyon avro maaş alacaq. Bu, rəsmiləşəcəyi halda, 17 yaşlı qapıçı dünyanın ən çox qazanan qapıçısı olacaq.

 

Qeyd edək ki, "Milan"ın yetirməsi son olaraq Qətərin paytaxtı Dohada keçirilən "Yuventus"la Super Kubok matçında komandasının uğur qazanmasında böyük pay sahibi olub.

Xəbər xətti