"Fənərbaxça"nın "Palermo"dan transfer etmək istədiyi Robin Kuyason İstanbul klubuna keçməkdən imtina edib.
Sportal.az xəbər verir ki, bu haqda "La Gazetta dello Sport" məlumat yayıb. İsveç millisnin yarımmüdafiəçisi Türkiyədə baş verər terror hadisələrinə görə "Fənərbaxça"ya keçmək fikrindən daşınıb. Sicilya təmsilçisi ilə mövsümün sonunda müqaviləsi bitəcək 23 yaşlı futbolçu karyerasını Almaniyanın "Hoffenhaym" klubunda davam etdirə bilər.
Kuyason Bundesliqa təmsilçisi ilə danışıqları davam etdirir.
saytlarin hazirlanmasi