"İnter" braziliyalı futbolçuyla bağlı qərar verdi

13:21 - 5 Yanvar 2017

Adı bir çox klublarla hallanan "İnter"in hücumçusu Qabriel Babrbosanın agenti Vaqner Ribeyro açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, "Qabiqol" ləqəbli futbolçunun satılmayacağını bildirib:

 

"İnter" artıq qərar verib. Qabrieli satmayacaqlar. Düzdür, mövsümün ilk yarısında çox oynamaq şansı qazana bilmədi. Ümid edirəm ki, fasilədən sonra hər şey onun üçün yaxşı olacaq. Qabiqolun güclü texnikası və bacarığı var. 2017-ci ilin onun üçün uğurlu keçəcəyinə inanıram. Potensialı çox böyükdür".

 

Qeyd edək ki, "İnter" 20 yaşlı hücumçunu mövsümün əvvəlində "Santos"dan 29,5 milyon avroya transfer edib. Barbosa "İnter"in heyətində 3 oyunda 20 dəqiqə meydanda olub.

Xəbər xətti