Həyat yoldaşı ulduz futbolçunun meneceri oldu

17:13 - 6 Yanvar 2017

"İnter"in futbolçusu Mauro İkardi meneceri Abian Moreno ilə müqavilənin müddətini yeniləməyib.

 

Sportal.az xəbər verir ki, bundan sonra ulduz futbolçunun menecerliyini xanımı Vanda Nara edəcək. Bu barədə məlumatı açıqlamasında argentinalı oyunçunun özü verib.

 

Qeyd edək ki, Moreno ilə İkardi 10 il birlikdə çalışıb.

 

Onu da xatırladaq ki, İkardinin həyat yoldaşı və yeni meneceri Vanda Nara daha əvvəl argentinalı futbolçu Maksi Lopezlə evli olub. Lopezdən ayrılan Nara, daha sonra İkardi ilə evlənib. Cütlüyün hazırda bir uşağı da var.

Xəbər xətti