"Milan" 40 yaşlı futbolçu ilə gücləndi

10:30 - 11 Yanvar 2017

“Milan” heyətini qapıçı ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, “Kalyari”nin qolkiperi Marko Storari "qırmızı-qaralar"a keçib. 40 yaşlı futbolçu mövsümün sonuna kimi “Milan”da çıxış edəcək.

 

“Milan” bu keçidin əvəzində qapıçısı Qabrieli “Kalyari”yə göndərib.

 

Xatırladaq ki, Storari  2007-2010-cu illərdə də “Milan”da oynayıb.

Xəbər xətti