Türkiyənin “Bursaspor” klubunun vitse-prezidenti Ali Adəmoğlunun müsahibəsi
- Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqlarınız nə yerdədi?
- Nümayəndələrimiz hazırda Bakıdadı. Onlarla müntəzəm danışırıq. Hazırkı vəziyyətə görə, danışıqlar müsbət məcrada davam edir. Hər halda, Bakıda olan rəsmilərimiz belə deyirlər.
- Xorvatiyalı mütəxəssislə bu gün də görüş planlaşdırılırmı?
- Bu gün Prosineçkinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti ilə görüşü olacaq. Həmin görüşdən çox şey asılıdı. Amma bildiyimiz odu ki, Prosineçkini “Bursaspor”a gətirmək ehtimalımız az deyil.
- Belə görünür ki, Prosineçkini “Bursaspor”a aparmaqda israrlısınız...
- Əlbəttə. Belə olmasaydı, klub nümayəndələrini Bakıya göndərməzdik. Onun komandamız üçün uyğun məşqçi olduğunu düşünürük.
- Baş məşqçinin AFFA ilə müqavilə müddəti davam edir. Onu burdan aparmaq sizə çətin olmayacaq?
- Bu məsələ danışıqların gedişindən asılıdı. İndiki məqamda onu “Bursaspor”a yaxın görürük. AFFA ilə müqaviləsinin olduğunu bilirik. Bu səbəbdən onlarla da görüşmələri davam etdiririk.
- Prosineçkinin Azərbaycan millisindəki qazancından yəqin ki, məlumatlısınız. Maraqlıdı, siz ona nə vəd etmisiniz?
- Bu barədə indidən nəsə demək doğru olmaz. Çünki hazırda danışıq mərhələsindəyik. Əgər razılıq əldə olunsa, o zaman maliyyə və müqavilə müddətini baş məşqçi ilə müzakirə edəcəyik.
- Onun eyni anda həm Azərbaycan millisində, həm də “Bursaspor”da çalışması variantı mümkündümü?
- Xeyr, bu bizi qane etməz. “Bursaspor” hədəfləri olan komandadı. Bir məşqçinin iki yerdə çalışması effektli alınmaz. Biz istəyirik ki, baş məşqçi bütün diqqətini komandamızın oyunlarına yönəltsin.
- Hazırda Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz da “Bursaspor”da çıxış edir. Rəhbərlik ondan məmnundumu?
- Bəli, məmnunuq. Dəniz bizim aparıcı futbolçularımızdan biridi. O, komandanın əsas heyət üzvüdü və belə olmaqda da davam edəcək.
- Bəs gələcəkdə hansısa azərbaycanlı futbolçunun “Bursaspor”a transferi baş tuta bilərmi?
- Bu, baş məşqçinin qərarından asılı olacaq. Əgər Prosineçkini “Bursaspor”a gətirə bilsək və o, hansısa azərbaycanlı futbolçunun xidmətindən maraqlı olsa, mütləq onu heyətə cəlb edəcəyik. (Apasport.az)

Vitse-prezidenti: "Prosineçkini "Bursaspor"a gətirmək ehtimalımız az deyil" MÜSAHİBƏ
.
Oxşar xəbərlər
Türkiyə
"Qalatasaray" tanınmış futbolçunu transfer etməyi planlaşdırır
Türkiyə
"Qalatasaray" ev oyununu başqa stadionda keçirəcək
Türkiyə
Volkan Demirel Super Liqa klubunda
Türkiyə
"Qalatasaray" braziliyalı forvard üçün hərəkətə keçdi
Türkiyə
"Fənərbaxça"nın müdafiəçisi yenidən zədələndi
Türkiyə
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyə
"Fənərbaxça" Nene ilə bağlı qərar verdi
Türkiyə
