Super Liqada 12-ci baş məşqçi istefası

13:30 - 24 Yanvar 2017

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" baş məşqçisi ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, klub baş məşqçisi İbrahim Üzülməzə qapını göstərib. Rəhbərlik yenicə baş məşqçi postuna gətirilən Üzülməzlə görüşüb və qarşılıqlı razılıqla müqaviləyə xitam verilməsi qərara alınıb.

 

Qeyd edək ki, dekabrın 12-də “Qaziantepspor”a baş məşqçi təyin olunan İbrahim Üzülməzin rəhbərliyi altında komanda cəmi 3 oyun keçirib və hər üçündə məğlub olub. “Qaziantepspor” hazırda 11 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

 

Əlavə edək ki, bu, Super Liqada 12-ci baş məşqçi istefasıdı.

 

Xəbər xətti