Millimizin üzvünə azarkeş hücumu: "Komandanı tərk et" VİDEO

11:47 - 18 Fevral 2017

Türkiyə Super Liqasının 21-ci turunda “Kayserispor”la oyunda qırmızı vərəqə alan “Bursaspor”un və Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz şok təpki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Yenişəhər hava limanında Nəcmi Ayıldız adlı azarkeş onun üzərinə hücum çəkib. 

 

Azarkeş Yılmaza “səni komandamda istəmirəm, Bursanı tərk et” deyərək etiraz edib.

 

Mühafizəçilərin sakitləşdirməyə çalışdırdığı tərəfdar hücumçumuzdan əl çəkməyib. O, Dənizə daha sonra bunları deyib: “Sənə komandamızın forması yaraşmır. “Bursaspor”dan gedəcəksən. Bir daha bu komandaya gəlmə”.

 

“Bursaspor”un vitse-prezidenti Ali Adəmoğlu və baş məşqçki Mutlu Topçu azarkeşi sakitləşdirə biliblər.

 

Xəbər xətti